İsrailin enerji naziri İsrael Katz deyib ki, İsrail “radikal İslama qarşı üçüncü dünya müharibəsi” aparır. Bu barədə o Almaniyanın Bild qəzetinə müsahibəsində bildirib.
“İsrail dövləti, hətta Birləşmiş Ştatlarla müqayisədə belə, həmişə təkbaşına mübarizə aparmağa meylli olub” deyib Katz. Eyni zamanda o qeyd edib ki, İsrail həm maliyyə, həm də hərbi cəhətdən dəstəklənir. “Lakin biz təkbaşına mübarizə aparırıq. Biz radikal İslama qarşı üçüncü dünya müharibəsində iştirak edirik”, – deyən nazir, bunun təkcə İsraillə bağlı olmadığını bildirib.
“Mən Avropanın və ABŞ-ın öhdəliyini çox yaxşı başa düşürəm. Çünki bu, təkcə bizim müharibəmiz deyil. Müharibə Avropanın daxilində də gedir. Radikal icmalarda” deyən Katz, “bu gün bu dünya müharibəsi İran tərəfindən aparılır”.
Eyni zamanda, siyasətçi qeyd edib ki, Fələstinin radikal HƏMAS hərəkatının İsrailə hücumu 2001-ci il sentyabrın 11-də ABŞ-da baş vermiş hadisələrlə müqayisə olunur. “İsrail dövləti üçün bu, 11 sentyabrda ABŞ-da baş verənlərə çox bənzəyir” deyib. (Tass)