İsrail Müdafiə Qüvvələri Bakı vaxtı ilə saat 12:00-dan 16:00-dək Rəfah şəhəri ərazisində hərbi əməliyyatları dayandırıb.
Bu barədə ordunun sözçüsü Aviçai Edri bildirib.
“Bu gün biz gün ərzində, yəni saat 10:00-dan 14:00-a qədər (Bakı vaxtı ilə 12:00-dan 16:00-a qədər olan müddətə uyğundur) humanitar məqsədlər üçün hərbi əməliyyatların taktiki dayandırılmasını həyata keçirəcəyik”, – Edrinin X sosial şəbəkəsindəki səhifəsində (keçmiş Twitter) dərc edilən mesajda deyilir. (Tass)