İsrail Rafah keçid məntəqəsinin həm təxliyə, həm də humanitar yardım üçün bu gün açılacağını elan edə bilər. Bu barədə TASS-a İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Zvi bildirib.
“Bizim cavabımız bu gün belədir. Bu gün şərtlər var, müəyyən razılaşmalar var. Bizdə olan məlumata görə, bu gün Rəfah keçid məntəqəsi işləyəcək”, – diplomat bildirib.
O izah edib ki, məntəqə həm insanların, həm də humanitar yardımların keçməsi üçün açıq olacaq. Eyni zamanda, İsrail keçiddən “humanitar məqsədlər üçün istifadə edilərsə” təhlükəsizliyini təmin etməyə hazır olacaq. (Tass)