İsrailin Moskvadakı səfirliyi Qəzza zolağında həlak olan rusiyalı Aleksandr Lobanovun qohumları ilə əlaqə saxlayır. Diplomatik nümayəndəlikdən TASS-a verilən məlumata görə, İsrail hakimiyyəti onlara dəstək verəcək.
“Səfirlik bu çətin dövrdə ailəsi ilə əlaqə saxlayır”, – deyə agentliyin həmsöhbəti bildirib.