İsrail hərbçiləri Suriyadakı ordu mövqelərinə və Livanda şiə Hizbullah təşkilatının hədəflərinə hücum edib. Bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
“İsrail Müdafiə Qüvvələrinə məxsus təyyarə və tanklar bir müddət əvvəl Suriyadakı hərbi infrastruktura və Suriya ordusunun hərbi mövqelərinə hücum edib”, – bəyanatda deyilir.
“Bundan əlavə, [İsrail] Hərbi Hava Qüvvələrinə məxsus qırıcı bu yaxınlarda hərbi infrastruktura zərbə endirib və İsrail Müdafiə Qüvvələri Livan ərazisində Hizbullah terror təşkilatının buraxılış meydançasına hücum edib”, – deyə ordu əlavə edib.
Bundan əvvəl ordunun mətbuat xidməti məlumat vermişdi ki, İsrail hərbçiləri çərşənbə axşamı axşam Suriya və Livandan atışma qeydə alıb və cavab zərbələri endirirlər. (Tass)