İsrail ordusu və təhlükəsizlik qüvvələri İordan çayının qərb sahilində keçirdiyi gecə əməliyyatı zamanı axtarışda olan 16 nəfəri saxlayıb. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Həbslər İordan çayının qərb sahilində baş verib. Reydlər zamanı İsrail zabitləri şübhəlilərdən silah və sursat aşkar edərək müsadirə ediblər.
Ordudan verilən məlumata görə, İsrail tərəfində itki yoxdur.
Ordunun mətbuat xidmətinin daha əvvəl dərc edilmiş məlumatlarına görə, Fələstin-İsrail münaqişəsinin kəskinləşməsinin yeni mərhələsi başlayan 2023-cü il oktyabrın 7-dən bəri İordan çayının qərb sahilində terror fəaliyyətlərində iştirakda şübhəli bilinən 4400-dən çox insan saxlanılıb. Onlardan 1800-dən çoxu Qəzza zolağında hakim olan radikal Həmas hərəkatı ilə əlaqədə şübhəli bilinir. (Tass)