İsrail ordusu və hüquq-mühafizə orqanları 8 fələstinlini terror fəaliyyətlərində iştirakda şübhəli bilinərək saxlayıb. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Onun sözlərinə görə, iki şübhəli Deyr-Dibvanda, daha 6 nəfər isə İordan çayının qərb sahilinin şimalında Cenin, Qaffin və Danabda saxlanılıb. “Təhlükəsizlik qüvvələri həmçinin terrorçular tərəfindən yolların altına yerləşdirdiyi silahlar və PUA-ları zərərsizləşdirib”, – mətbuat xidməti qeyd edib.
“İsrail təhlükəsizlik qüvvələri Yəhudeya və Samariyada (İordan çayının qərb sahilinin İsrail təyinatı ) terror təhlükəsinə qarşı fəaliyyətini davam etdirəcək”, – ordu departamenti əlavə edib. (Tass)