İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livanın şimal-şərqindəki şəhər və qəsəbələrə intensiv reydlər keçirib, azı 17 nəfər həlak olub. Al Mayadeen telekanalının verdiyi məlumata görə , şiə Hizbullah təşkilatının arxa bazalarının yerləşdiyi Baalbek və Hermel şəhərlərinin kənarında onlarla raket hücumu həyata keçirilib.
Onun sözlərinə görə, Budaya, Duris, Sarin, Sueydi, Xarbata və Şimstar yaşayış məntəqələrinə edilən hücumlar Baalbeki Suriyanın Homs şəhəri ilə birləşdirən avtomobil yolunun müvəqqəti bağlanmasına səbəb olub. Bundan əvvəl İsrail təyyarələri Suriyadan Livana orada yerləşən iranyönlü şiə birləşmələrindən hərbi texnika, silah və sursatların keçirilməsinin qarşısını almaq üçün sərhəd keçid məntəqələrinə və dağlıq ərazilərdəki yollara hücum edib.
Mülki Müdafiə Xidmətindən bildirilib ki, xilasedicilər Yiat kəndində uçmuş evin dağıntıları altından 14 nəfərin meyitini çıxarıb, daha 6 yaralı isə xəstəxanaya çatdırılıb. Bednaildə dağıntılar altında üç ölü tapılıb. (Tass)