Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Qüvvələri (UNIFIL) İsrail hərbçiləri tərəfindən Kafr Kila sərhəd bölgəsində öz mövqelərinin yeni atəşə tutulduğunu bildirib. X-də (keçmiş Twitter) UNIFIL komandanlığından verilən açıqlamaya görə, İsrailin Merkava tankı Mavi Dəbilqəlilərin müşahidə qülləsini vuraraq orada quraşdırılmış avadanlığı, xüsusən də videokameraları sıradan çıxarıb.
Mətndə deyilir ki, “Kəfr Kil” ərazisində yerləşən sülhməramlılar xəsarət almayıb, lakin müşahidə qülləsi zədələnib”.
UNIFIL bütün tərəflərə “Livandakı sülhməramlı missiyanın şəxsi heyətinin və əmlakının təhlükəsizliyini təmin etmək və BMT obyektlərinin bütövlüyünə hörmət etmək” öhdəliklərini xatırladır. (Tass)