İsrail və Fransanın xarici işlər nazirləri Eli Koen və Ketrin Kolonna Qəzza zolağına ən yaxın olan Aşkelona səfər ediblər. Bu barədə Yəhudi Dövlətinin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Onun sözlərinə görə, nazirlərlə görüşdə fələstinli radikalların İsrail ərazisini işğalı zamanı oğurlanmış insanların yaxınları iştirak edib. Bundan əlavə, Koen və Kolonna yaralıların müalicə olunduğu Barzilai xəstəxanasına baş çəkiblər. Fransanın xarici işlər naziri oğurlanmış israillilərin geri qaytarılmasına kömək edəcəyinə söz verib, nazirlik qeyd edib.
Öz növbəsində Koen bir daha dünya ictimaiyyətinin HƏMAS-a qarşı mübarizəsində İsraili dəstəkləməli olduğu fikrini bildirib. “İsrail dövləti qaniçən terror təşkilatı ilə müharibə vəziyyətindədir. Bütün dünyanın gördüyü dəhşətli görüntülər öz sözünü deyir: HƏMAS İslam Dövlətindən daha da irəli gedib.Dünya bizim kiminlə qarşılaşdığımızı anlamalı və bu terrorçulara qarşı nifrət və qeyri-insanilik səviyyəsini dərk etməlidir”.
İsrailli nazir fransalı həmkarına İsrailə səfərinə görə də təşəkkür edib. Onun sözlərinə görə, bu səfərlər ölkəsi üçün çox önəmlidir və “bütün dünyaya bəyan edir ki, İsrail dövləti HƏMAS terror təşkilatının İsrail vətəndaşlarını təhdid etməyə davam etməsinə icazə verə bilməz”. (Tass)