ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahu Fələstinin radikal HƏMAS hərəkatına ultimatum verməyi planlaşdırır, əks halda yəhudi dövləti Qəzza zolağında hərbi əməliyyatlarının miqyasını genişləndirəcək. Bu barədə The New York Times xəbər verir.
Onun məlumatına görə, İsrail hakimiyyəti HƏMAS-dan İsrail həbsxanalarından fələstinli məhbusların azad edilməsi müqabilində azı 20 nəfərin qaldığı bütün israilli girovları dərhal azad etməyi tələb edir. Gözlənilir ki, radikallar həmçinin ölən girovların 30 cəsədini qaytarmalı olacaqlar. Bundan əlavə, İsrail və ABŞ HƏMAS-dan gələcəkdə silahları yerə qoymağa və silahlı mübarizəni dayandırmağa razılıq vermələrini tələb edirlər.
HƏMAS-ın sözçüsü Mahmud Mərdavi qəzetə bildirib ki, hərəkat silahı yerə qoymağa razı olmayacaq. “Bu, əvvəldən bizim tələbimiz olub: müharibəyə son qoyulması, məhbusların azad edilməsi və Qəzza zolağında sonrakı razılaşmalar – aydın və əhatəli razılaşma”, – o deyib. (Tass)