Yəhudi müdafiə naziri İsrael Katz Suriya üsyançılarına xəbərdarlıq edib ki, İsrail terrorçu qurumların sərhədlərini və vətəndaşlarını təhdid etməsinə icazə verməyəcək. O, bu barədə İsrail Hərbi Dəniz Qüvvələrinin Hayfadakı bazasına səfəri zamanı müvafiq açıqlama verib.
“Buradan Suriyadakı üsyançı liderlərə xəbərdarlıq edirəm: kim [Suriyanın keçmiş prezidenti] Bəşər Əsədin yolu ilə getsə, sonu Əsəd kimi olacaq. Biz ekstremist islamçı terrorçu qurumların İsrailə və onun sərhədlərinə qarşı fəaliyyət göstərməsinə, onu riskə atmasına icazə verməyəcəyik.”Vətəndaşlar, təhlükəni aradan qaldırmaq üçün lazım olan hər şeyi edəcəyik” dedi Katz. N14 telekanalı İsrail Müdafiə Nazirliyinin rəhbərinin bəyanatlarına istinadən xəbər verir.
“Bir daha xəbərdarlıq edirəm və vurğulayıram ki, biz heç kimin Qolan təpələrinin sakinlərini, İsrail dövlətinin vətəndaşlarını təhdid etməsinə icazə verməyəcəyik və istənilən təhlükəyə qarşı qətiyyətlə hərəkət edəcəyik”, – deyə Müdafiə Nazirliyinin rəhbəri əlavə edib.