İsrailin xarici işlər naziri İsrael Katz BMT-nin baş katibi Antonio Quterreşi persona non qrata elan etmək qərarından dönməyəcəyini bildirib.
Katz X-də (keçmiş Twitter) yazıb: “Quterreş BMT-də dəstəyi üçün imza toplamağa cəhd etməyə davam edə bilər, qərar dəyişdirilməyəcək”.
İsrailin xarici işlər naziri əlavə edib ki, o, BMT-nin baş katibini persona non-qrata elan edib və “İranın İsrailə raket hücumunu pisləmədiyinə görə” onun İsrailə girişini qadağan edib. “Sorğu göstərdi ki, İsrail ictimaiyyətinin 87%-i bu qərarı dəstəkləyir” dedi Katz.
Nazir oktyabrın 2-də Quterreşin yəhudi dövlətinə girişini qadağan edib və İranın İsrailə hücumunu pisləmədiyi üçün onu persona non-qrata elan edib. (Tass)