İsrail yaxın günlərdə İrana hərbi zərbə endirə bilər. Bu barədə ABC News mənbələrə istinadən məlumat yayıb.
Onların fikrincə, qərar hələlik yekun qəbul edilməyib, lakin bu variant regionda gərginliyin artması fonunda aktiv şəkildə müzakirə olunur.
Mənbələr ABŞ-ın mümkün hücumda birbaşa iştirak edib-etməyəcəyini dəqiqləşdirməyib, lakin Vaşinqtonun İsrailə logistik dəstək verə biləcəyini və hücumda istifadə oluna biləcək kəşfiyyat məlumatlarını paylaşa biləcəyini irəli sürüblər. (Tass)