İsrail lazım bildiyi təqdirdə İrana yeni güclə zərbələr endirməyə hazırdır. Bu xəbərdarlığı yəhudi dövlətinin müdafiə naziri İsrael Katz edib.
“The Times of Israel” xəbər verir ki , o, bu barədə İsrail Hərbi Hava Qüvvələrinin Pilot Məktəbinin məzunları qarşısında çıxışı zamanı bildirib.
“Bu məzuniyyət mərasimi diktator Xamneyiyə (İİR-in ali lideri Ayətullah Əli Xamenei ) birbaşa mesajdır: “İsrailin uzun qolu Tehranda, Təbrizdə, İsfahanda və İsraili təhdid və zərər verməyə çalışdığınız hər yerdə sizə çatacaq. Gizlənəcək yerin yoxdur. Bizə İrana zərbələr endirmək üçün qayıtmaq lazımdırsa, daha da böyük güclə geri dönəcəyik”, – o bildirib. (Tass)