İsrailin Qəzzaya davam edən hücumları ölkə daxilində minlərlə insanın iştirak etdiyi etirazlara səbəb olub. Təl-Əvivin müxtəlif yerlərində keçirilən nümayişlərdə minlərlə insan bir araya gələrəkbaş nazir Binyamin Netanyahu başda olmaqla hökumətin istefası və erkən seçkilərin keçirilməsi tələbi ilə çıxış edib. Polis nümayişçilərə sərt müdaxilə edib.
Netanyahu isə Qəzzada məhbus ailələrinin təşkil etdiyi nümayişləri tənqid edərək, bu hərəkətləri “faydasız” adlandırıb və HƏMAS-ın tələblərinə töhfə verdiyini müdafiə edib. İsrail rəsmilərinin məlumatına görə, Qəzzada hələ də 136 məhbus var.