/TASS/. İsraildə ölənlərin sayı 800-ə yaxındır, 150-yə yaxın insan HƏMAS-ın girovluğundadır. Bu barədə TASS-a İsrailin Moskvadakı səfiri Aleksandr Ben Zvi məlumat verib.
“Son məlumatlar təəssüf ki, çox çətindir. 800-ə yaxın ölüb, 2 mindən çox yaralı və 150-yə yaxın girov və ya oğurlanıb, onları nə adlandıracağımı belə bilmirəm. Bunlar ən son məlumatlardır. Təxminən 150 nəfərdir. HƏMAS-ın əlindədir”, – deyə diplomat müvafiq sualı cavablandırıb.