İsraildə keçirilən əməliyyat zamanı HƏMAS silahlıları tərəfindən əsir götürülən girovlar arasında amerikalılar da var. Bu barədə İsrailin ABŞ-dakı səfiri Maykl Hersoq CBS telekanalına müsahibəsində bildirib.
Məhbuslar arasında ABŞ vətəndaşlarının olub-olmaması ilə bağlı suala o, müsbət cavab versə də, heç bir təfərrüatın olmadığını qeyd edib.
Səfir qeyd edib ki, yaraqlılar Qəzza zolağının mülki əhalisini “insan qalxanı” kimi istifadə edirlər. Bundan əlavə, o, CBS telekanalına bildirib ki, hakimiyyət orqanları İsrail ərazisinə hücumda İranın əli olduğundan şübhələnirlər, lakin bunu təsdiq edə bilməyiblər. Onun sözlərinə görə, İran maddi yardım, vəsait və silah verməklə Fələstinin Həmas hərəkatını dəstəkləyir.
Hazırda Qətərin vasitəçiliyi ilə girovların bəzilərinin İsrail həbsxanalarında saxlanılan fələstinli qadınlarla dəyişdirilməsi üçün Həmas ilə danışıqlar aparılır. (Tass)