İsrailin baş naziri Benyamin Netanyahunun korteji Qüdsdə yol qəzasına düşüb. Bu barədə aprelin 29-da Times of Israel məlumat yayıb.
“Qısa müddət əvvəl baş nazir Binyamin Netanyahunun korteji ilə hərəkət edən motosikletçini avtomobil vurub və yüngül xəsarətlər alıb”, – nəşr yazır.
Hadisə baş nazirin ofisi yaxınlığında baş verib. Qəza zamanı Netanyahu qəzaya uğrayan avtomobildə olmayıb; o, başqa bir avtomobildə olub. Hadisə yerinə xilasedicilər gəlib. (İzvestiya)