İyun 18, 2025-14:08
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə DÜNYA

İsrailin Baş Qərargah rəisi Qəzzada növbəti əməliyyatın planını təsdiqləyib

2023:11:20 - 10:08
in DÜNYA
A A

İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Qəzza zolağının şimalında hərbi əməliyyatlar başa çatdıqdan sonra başlayacaq əməliyyatın növbəti mərhələsinin planını təsdiqləyib. Bu barədə İsrailin ehtiyatda olan Müdafiə Qüvvələrinin mətbuat katibi Conatan Konrikus “StandWithUs” qeyri-hökumət təhsil təşkilatının efirində çıxışı zamanı bildirib.

“Müharibənin ümumi məqsədi dəyişməz olaraq qalır: biz [radikal Fələstin hərəkatının] HƏMAS-ın bütün hərbi infrastrukturunu məhv etməklə, liderlərini öldürməklə İsrail dövlətinin təhlükəsizliyini bərpa edəcəyik. Onlar ya təslim olacaqlar, ya da tunellərində öləcəklər. Bu, çox sadədir” deyib.

“Oyundan qabağa getməyəcəyəm və nə vaxt, harada və nə etməyi planlaşdırdığımızı söyləməyəcəyəm, amma əməliyyatın məqsədi dəyişməz olaraq qalır. Və IDF bunu həyata keçirməyə çox diqqət yetirir. İDF qərargah rəisi, general-leytenant [ Herzi] Halevi bu gün əməliyyatın növbəti mərhələləri üçün planı təsdiqlədi. İsrail ordusu isə missiyamızı yerinə yetirməyə davam etməyə hazırdır, qadirdir və qərarlıdır”, – Konrikus vurğulayıb.

Bundan əvvəl o, İsrail Müdafiə Qüvvələrinin (İDF) Qəzza zolağının şimalında hərbi əməliyyatlar başa çatdıqdan sonra əməliyyatın yeni mərhələsinə keçəcəyini bildirmişdi. “Biz heç vaxt özümüzü heç bir coğrafi sərhədlə məhdudlaşdırmamışıq. Sadəcə, ilk mərhələdə Qəzzanın şimalında döyüşəcəyimizi dedik”, – Konrikus vurğulayıb. (Tass)

Əvvəlki Yazı

Azərbaycan Prezidenti Qoşulmama Hərəkatının konfrans iştirakçılarına müraciət ünvanlayıb

Növbəti Yazı

Erməni terrorçu Xocalıda qətlə yetirdikləri 200 mülki şəxsin meyitini Əsgəran qalası ətrafında basdırdıqlarını etiraf edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.