Fələstin radikalları tərəfindən Qəzza zolağından atılan raketlərdən biri İsrailin əsas Ben Qurion hava limanı yaxınlığındakı açıq əraziyə düşüb. Bu barədə The Times of Israel qəzeti məlumat yayıb.
Onun sözlərinə görə, bu hadisə nəticəsində xəsarət alanlar və maddi ziyan barədə məlumat daxil olmayıb.
Hava limanı sərnişin reyslərinin qəbulu və göndərilməsini davam etdirir. (Tass)