İsrailin Qəzza zolağına bitişik cənubunda əhaliyə raket hücumu təhlükəsi barədə xəbərdarlıq edən hava hücumu sirenləri yenidən səslənib.
Bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
“Qəzza zolağına bitişik ərazidə siren səsləri eşidilib”, – məlumatda deyilir.
Bundan əvvəl hərbçilər yəhudi dövlətinin mərkəzi və cənub hissələrinə hava hücumu barədə xəbərdarlıq etmişdilər. (Tass)