İsrailin İordan çayının qərb sahilindəki Cenin şəhərində məscidin altındakı yeraltı obyektə endirdiyi hava zərbəsi nəticəsində iki nəfər ölüb, bir neçə nəfər yaralanıb. Bu barədə “Telegram” kanalında “Hizbullah” şiə hərəkatının hərbi informasiya xidməti məlumat yayıb.
“Sionist rejimin İordan çayının qərb sahilindəki Cenin şəhərini bombalaması nəticəsində iki nəfər ölüb, bir neçə nəfər yaralanıb”, – deyə məlumatda bildirilir.
İsrail Müdafiə Qüvvələri (IDF) daha əvvəl Cenindəki məscidin altındakı yeraltı obyektə qabaqlayıcı zərbə endirdiyini açıqlamışdı. (Tass)