İsrailin energetika naziri İsrael Katz ölkəyə hücumda iştirak edən radikal Fələstin hərəkatının HƏMAS silahlılarının ölüm hökmü çıxara biləcək xüsusi hərbi məhkəmə tərəfindən nasist kimi mühakimə olunmasını təklif edib. Bu barədə “Times of Israel” qəzeti məlumat yayıb.
Nəşrin qeyd etdiyi kimi, bu barədə Katzın İsrailin ədliyyə naziri Yariv Levinə göndərdiyi məktubda deyilir. Qəzet onun mesajından sitat gətirir: “Başlarını və ayaqlarını kəsən, işgəncə verən, yandıran və zorlayan bu Həmas yaramazlarının əməlləri heç də nasistlərin əməllərindən heç də az ciddi deyil”.
Nəşr vurğulayır ki, ölkənin mövcud qanunvericiliyi yalnız nasist cinayətkarları və işbirlikçilərinə münasibətdə, habelə dövlətə xəyanət halları üzrə hərbi tribunal tərəfindən hökm çıxarılarkən ən yüksək cəzanı nəzərdə tutur. (Tass)