Fransa Xarici İşlər Nazirliyinin dekabrın 13-də verdiyi bəyanatda bildirilib ki, İsrailin Qəzaa zolağının cənubundakı Rəfah şəhərində iqamətgaha hücum nəticəsində nazirlik əməkdaşı ağır yaralanıb və çoxlu sayda insan həyatını itirib.
Yaralı fransız işçinin daha sonra öldüyü bildirilən açıqlamada Fransanın mülki şəxslərin yaşadığı bu iqamətgahın atəşə tutulmasını pislədiyi bildirilib.
Bəyanatda qeyd olunub ki, Frnasa İsrail hakimiyyət orqanlarından bu bombardmanın hansı şəraitdə həyata keçirildiyini ən qısa zamanda aydınlaşdırmağı xahiş edib. (Tass)