İslam Respublikasının Şəhidlər və Qazilər Fondunun sədri Səid Ohadi bildirib ki, İsrailin İran ərazisinə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 1062 nəfərə çatıb.
İran dövlət televiziyasında rəsmi bildirib: “Bu gün biz 1062 nəfəri dəfn etmişik, İsrailin cinayətləri nəticəsində daha 5800 nəfər yaralanıb, onlardan 100-ə yaxını hələ də xəstəxanadadır, 34 nəfərin vəziyyəti ağır kimi qiymətləndirilir”. Bundan əvvəl İslam Respublikasında gedən döyüşlər zamanı 1060 nəfərin öldüyü, 5000-dən çox insanın yaralandığı bildirilirdi.(Tass)