İsrailin Livan-Suriya sərhədinə yaxın əraziyə endirdiyi hava zərbələri nəticəsində 2 nəfər həlak olub. Bu barədə “Al Jadeed” telekanalı məlumat yayıb.
Onun sözlərinə görə, daha beş nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yanvarın 31-də İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti radikalların kəşfiyyat xarakterli pilotsuz uçan aparatını buraxmasına cavab olaraq Livanın Bekaa vadisində və Suriya-Livan sərhədində şiə təşkilatı Hizbullahın hərbi obyektlərinə zərbələr endirdiyini bildirib. (Tass)