İsrail bu həftə kimi Livana genişmiqyaslı quru işğalına başlaya bilər . Bu barədə “ The Wall Street Journal” (WSJ) mənbələrə istinadən yazır.
“İsrail xüsusi təyinatlıları Livanın cənubuna kiçik, məqsədyönlü reydlər həyata keçirir, kəşfiyyat məlumatları toplayır və bu həftə baş verə biləcək daha böyük quru işğalı öncəsi kəşfiyyat aparır”, – hesabatda deyilir.
Qəzetin yazdığına görə, son aylarda İsrail tərəfi reydlər çərçivəsində düşmənin imkanlarını zəiflətmək üçün Livan Hizbullah hərəkatının sərhəd yaxınlığında yerləşən tunellərinə soxulub.
Mümkündür ki, əməliyyatın başlama vaxtı dəyişə bilər. Mənbələr nəşrə bildiriblər ki, İsraili planlarından əl çəkməyə inandırmağa çalışan ABŞ-ın təzyiqi altındadır. (Lenta.ru)