İsrailin mərkəzində günün başlanğıcından bəri ilk dəfə hava hücumu xəbərdarlığı səslənib və ölkənin ən sıx məskunlaşdığı bölgənin sakinlərinə raket atəşi təhlükəsi barədə xəbərdarlıq edilib. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“İsrailin mərkəzində sirenlər səslənib”, – məlumatda deyilir.
Günün əvvəlində İsrailin Qəzza zolağına ən yaxın olan ən böyük şəhəri Aşkelonda hava hücumu xəbərdarlığı elan edilib. Bundan əlavə, Qəzza zolağı ilə həmsərhəd olan zolaqda və ölkənin Livanla həmsərhəd olan şimal rayonlarında dəfələrlə siren səsləri eşidilib. (Tass)