İsrailin müdafiə naziri Yoav Qalant Qəzza zolağında atəşkəs razılaşması və orada saxlanılan girovların azad edilməsini dəstəklədiyini bir daha bəyan edib. Onun fikrincə, bu, “strateji fürsət” olardı və İsrailə digər sahələrdə təhlükəsizlik problemlərini həll etməyə imkan verərdi.
“Razılaşmanın əldə edilməsi həm də bizə bütün cəbhələrdə təhlükəsizlik vəziyyətini dəyişmək üçün yüksək şans verən strateji bir fürsətdir” deyib nazir.
Galantın fikrincə, girovların evə qaytarılması ilə bağlı razılaşma “düzgün qərardır”. (Tass)