İsraildə parlament müxalifətinin lideri, Yeş Atid partiyasının rəhbəri Yair Lapid Knessetin buraxılması ilə bağlı qanun layihəsini müzakirəyə təqdim etmək niyyətində olduğunu açıqlayıb.
“Gələn həftə Yeş Atid Knessetin buraxılması ilə bağlı qanun layihəsini plenar iclasa təqdi edəcək. Bu Knessetlə hər şey bitdi. İndiki hakim]ş koalisiyanın İsrail xalqına gətirdiyi hər şey ağrılar, fəlakətlər, faciələr və böhranlardır”, – o, parlament iclasında çıxış edərkən deyib.
Lapidin sözlərinə görə, ölkədə hakimiyyətə İsrailin “yaralarını sağaldacaq” “ümid koalisiyası” gəlməlidir. (Tass )