İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı Livanın cənubunda şiə Hizbullah milislərinin döyüşçülərini daşıyan avtomobili vurub.
Al Jadeed telekanalının məlumatına görə , hücum Zallutiya kəndi yaxınlığındakı magistral yolda həyata keçirilib. Hadisə yerinə təcili yardım maşınları gəlib. Avtomobildə olanlar arasında ölən və yaralananlar var.
Aprelin 16-da İsrail PUA-ları şiə milislərinə məxsus avtomobilləri iki dəfə atəşə tutub. Nəticədə Hizbullahın silahlı qanadının üç komandiri – Livanın cənubunda cəbhənin şərq, qərb və mərkəzi sektorlarında müdafiəyə cavabdeh olan Bassem Əbu Cəfər, Mahmud İbrahim Fədlallah və İsmayıl Yusif Buzz öldürülüb. (Tass)