İsrail Müdafiə Qüvvələrinə məxsus Skyrider pilotsuz uçan aparatı Suriyada qəzaya uğrayıb. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“İnformasiyanın sızması riski yoxdur”, – deyə bəyanatda bildirilir.
Mətbuat xidməti əlavə edib ki, hadisənin baş vermə şəraiti öyrənilir. (Tass)