İsrailin hücumları nəticəsində ölən fələstinlilərin sayı eskalasiya başlayandan bəri 3,3 mini keçib.Belə məlumatı Fələstin Səhiyyə Nazirliyinin rəhbəri Mey Kaile verib.
“İsrailin Qəzza zolağına təcavüzü nəticəsində 3,3 mindən çox insan həlak olub”, – Səhiyyə Nazirliyinin rəsmi Facebook səhifəsində dərc olunan bəyanatda deyilir. Nazirin sözlərinə görə, “Qəzzada 4,8 min xəstə müalicə ala bilmir”.
(Tass)