Fələstinin Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin Fələstinin Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı 1537 nəfərə çatıb.
“Qəzza zolağında İsrailin hücumları zamanı 1537 nəfər həlak olub, 6612 nəfər yaralanıb”, – hesabatda deyilir.
Səhiyyə Nazirliyi həmçinin qeyd edib ki, İordan çayının qərb sahilində İsraillə fələstinlilər arasında gərginliyin artdığı günlərdə 32 ərəb həlak olub, 600-dən çox fələstinli isə yaralanıb.
(Tass)