Türkiyənin “Antalyaspor” klubunda çıxış edən israilli futbolçu Saqiv Yehezkel Türkiyəni tərk edib. Bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri Əli Erlikaya məlumat verib.
“Antalyaspora klubunun israilli futbolçusu Saqiv Yehezkel saat 17:15-də ( Bakı vaxtı ilə 18:15 də) ölkəmizi tərk edib. Bir daha demək istəyirəm ki, Türkiyə hər zaman bütün məzlum insanları və Fələstin xalqını dəstəkləyir”, – siyasətçi X-də (keçmiş Twitter) yazıb. (Tass)