İsrail qüvvələrinin Qəzzada humanitar yardımın paylanmasını gözləyən insanların toplaşdığı əraziyə hücumu nəticəsində azı 150 nəfər həlak olub. Bu barədə Al Hadath telekanalı məlumat yayıb. Daha əvvəl yüz nəfərin öldüyü bildirilmişdi.
Telekanalın məlumatına görə, İsrail ordusu zolağın inzibati mərkəzi Qəzza şəhərinin cənub-qərb hissəsində yerləşən Ən-Nablusi bölgəsinə hücum edib. Daha 1 minə yaxın insan yaralanıb. Qeyd olunur ki, əraziyə hücumda İsrail döyüş helikopterləri iştirak edib və onlar yol ayrıcında toplaşan fələstinlilərə atəş açıblar.
Fələstinin radikal İslami Cihad qrupu Nablusi bölgəsindəki basqın zamanı həlak olanlarla bağlı eyni məlumatları təsdiqləyib. Təşkilat xüsusi bəyanatda Qəzzada davam edən cinayətlərdə “ABŞ prezidenti Co Baydenin administrasiyasını, İsrail hakimiyyətini dəstəkləyən Qərb dövlətlərini, eləcə də İsrailin cəzasl qalması üçün səssiz və çarəsiz ərəb dövlətlərini və beynəlxalq təşkilatları günahlandırır. (Tass)