Oktyabrın 7-də İsrailin zərbələri nəticəsində eskalasiyanın artmasından sonra Qəzza zolağında həlak olanların sayı 19,4 mini keçib, 52,3 minə yaxın insan isə yaralanıb. Bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.
Departamentin Telegram kanalında yayılan bəyanatda deyilir: “Oktyabrın 7-dən bəri İsrail təcavüzü qurbanlarının sayı 19 453 nəfərə, yaralananların sayı 52 286 nəfərə çatıb.