Ankaranın İsrailin baş naziri Binyamin Netanyahuya qarşı Beynəlxalq Cinayət Məhkəməsində (ICC) iddiası nəticəsiz qalacaq.
Bunu İsrailin Moskvadakı səfiri Aleksandr Ben Zvi “Rossiya-24” telekanalının efirində deyib.
Aparıcının belə bir iddianın BCM-ə təqdim edilə biləcəyi ilə bağlı sualına İsrail diplomatik missiyasının rəhbəri mənfi cavab verib. “Düşünürəm ki, bu, inanılmazdır, çünki bu, dərhal digər ölkələrə qarşı oxşar məhkəmələrə səbəb olacaq. Onların adlarını çəkmək istəmirəm, lakin bir neçə ola bilər”, – diplomat bildirib.