İsrailin şimalında 4 minə yaxın bomba sığınacağında təcili yenidənqurma və təmir işlərinə başlanılıb. Bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb.
Nəşrin qeyd edib ki, Böyük Britaniyanın ən qədim İsrail xeyriyyə təşkilatı JNF UK və Ossim Shechuna qeyri-hökumət təşkilatı tərəfindən həyata keçirilən layihə Livanın şiə Hizbullah qruplaşmasının girəcəyi təqdirdə şimal cəbhəsinin mümkün açılmasına hazırlığı təmin etmək məqsədi daşıyır.
Mülki şəxslər üçün sığınacaqların hazırlanması məsələsi aktualdır, çünki Hizbullahla hər hansı bir müharibə İsrailin əhali mərkəzlərini hədəf alan irimiqyaslı raket hücumlarını ehtiva edəcək, JNF UK-nin İsrail üzrə idarəedici direktoru Yonatan Qalon vurğulayıb. “Hazırda işi davam etdirmək üçün bir neçə qızıl saatımız var: sığınacaqları təmizləmək, elektrik və su quraşdırmaq, mebel və lazımi ləvazimatları çatdırmaq. Bunun üçün bizə mümkün qədər çox könüllü lazımdır” deyib Qalon. “Biz [İsrailin] cənubunda baş verən hadisələrdən, həmçinin bir çox sığınacaqların zibillə dolduğu və yararsız hala düşdüyü İkinci Livan Müharibəsindən dərs almalıyıq” deyə o bildirib. (Tass)