İsrailin şimalında mərmi təhlükəsi barədə xəbərdarlıq edən hava hücumu sirenləri səslənib. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Ordu hansı bölgələrdə həyəcan təbili çaldığını dəqiqləşdirməyib. Ynet portalının məlumatına görə , söhbət Qərbi Qalileydəki bir sıra yaşayış məntəqələrindən, o cümlədən Əbu Snan, Kfar Yasif və Yarkadan gedir.
Bu, iki gün ərzində ordunun ilk hava hücumu xəbərdarlığıdır. Hərbçilər sonuncu dəfə mayın 1-i axşam Livanla sərhəddə yerləşən Metula kəndində sirenlər səsləndiyi barədə məlumat vermişdilər. (Tass)