İsrailin şimalında mərmi təhlükəsi barədə xəbərdarlıq edən hava hücumu sirenləri səslənib. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Ordu başqa təfərrüatları açıqlamayıb.
Əvvəlki dəfə hərbçilər İsrailin şimalında hava hücumu xəbərdarlığını təxminən 7 saat əvvəl bildirmişdilər.
(Tass)