İsrailin xarici işlər naziri İsrael Katz Braziliya prezidenti Luiz İnasiu Lula da Silvanı persona non qrata elan edib. O, bunu Braziliya prezidentinin İsraili Hitler Almaniyası ilə müqayisəsindən sonra Yerusəlimdəki Yad Vaşem Holokost muzeyinə və tədqiqat kompleksinə çağırılan Braziliya səfiri ilə söhbətindən əvvəl bildirib.
“Mən prezidentə çatdırmaq istərdim ki, biz onu bağışlamayacağıq və o, [sözlərindən] geri çəkilib üzr istəməyənə qədər İsraildə arzuolunmaz şəxsdir”, – deyə “ Yedioth Ahronoth” qəzeti nazirdən sitat gətirib. (Tass)