İsrailin xarici işlər naziri Eli Koen cənubi koreyalı həmkarı Park Çinə zəng edərək, oktyabrın 7-də Fələstinin HƏMAS radikal təşkilatı tərəfdarlarının İsrailə hücumundan sonra İsrail əsgərlərinin hərbi əməliyyat keçirdiyi Qəzza zolağı ətrafında yaranmış vəziyyət barədə danışıb.
“Mən bu gün yaxşı dostum, Koreya Respublikasının xarici işlər naziri Park Çin ilə telefon danışığım oldu. Mən HƏMAS-a qarşı müharibədə son hadisələr barədə ona məlumat verdim və Koreya hökumətinin İsrailə göstərdiyi dəstəyə görə təşəkkür etdim, – nazir X (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində yazıb.
Koen qeyd edib ki, Cənubi Koreyalı həmkarı ilə söhbəti zamanı o, “İsrailin öz xalqını qorumaq hüququna malik olduğunu və İsrail və xalqı üçün dərhal təhlükə yaradan HƏMAS-a qarşı özünü müdafiə etməyə məcbur olduğunu” vurğulayıb. (Tass)