İsrailin xarici işlər naziri İsrael Katz İsrailin Belqraddakı səfirliyinə hücumun qarşısını aldıqları üçün Serbiya hakimiyyətinə təşəkkür edib və terrorun qəbuledilməz olduğunu bildirib.
“Mən Serbiya hökumətinə və hücuma cəhdə sürətli reaksiyada iştirak edən hər kəsə bu gün İsrailin Belqraddakı səfirliyinə qarşı terror aktı cəhdindən sonra göstərdikləri güclü dəstəyə və əməkdaşlığa görə təşəkkür etmək istəyirəm. Mən də yaralanan mühafizəçinin tezliklə sağalmasını arzulayıram o, X-də (keçmiş Twitter) yazıb. (Tass,)