İsrail Hərbi Hava Qüvvələrinin husi üsyançılarının Ənsar Allah mövqelərinə hücumu nəticəsində ölənlərin sayı 10-a çatıb, üsyançıların mətbuat xidməti bildirib.
Onun sözlərinə görə, Sənada Xəziz elektrik stansiyasına və yanacaqdoldurma məntəqəsinə endirilən zərbələr nəticəsində 10 nəfər ölüb, 92 nəfər yaralanıb. Zərərçəkənlərdən 21-nin vəziyyəti ağırdır.
Avqustun 24-də İsrail Sənada enerji obyektlərinə bir sıra hava zərbələri endirib. Yəmən Petroleum yanacaqdoldurma məntəqəsi və Xəziz elektrik stansiyası atəşə tutulub. Husilərin Müdafiə Nazirliyindəki mənbənin Əl Masirah TV-yə verdiyi məlumata görə, üsyançıların hava hücumundan müdafiə qüvvələri düşmən təyyarələrinin əksəriyyətinin hücumunu dəf edərək, onları Yəmənin hava məkanını tərk etməyə məcbur edib. Öz növbəsində, İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti hərbçilərin Səna bölgəsində husilərin obyektlərinə, o cümlədən prezident sarayı kompleksinə, iki elektrik stansiyasına və yanacaq anbarına hücum etdiyini bildirib. İsrail ordusunun məlumatına görə, onların hamısı hərbi məqsədlər üçün istifadə edilib. “Ənsar Allah” siyasi bürosuna yaxın mənbənin TASS-a verdiyi məlumata görə, üsyançıların yaratdığı silahlı qüvvələr paytaxtın atəşə tutulmasına cavab vermək niyyətindədir.