İsrail nümayəndə heyətinin Həmas radikalları tərəfindən saxlanılan girovların azad edilməsi üzrə danışıqların növbəti raundu üçün Qahirəyə səfəri avqustun 25-nə planlaşdırılır.
Bu barədə TASS-a İsrailin baş naziri Binyamin Netanyahunun ofisinin müşaviri Dmitri Gendelman məlumat verib.
“Mossad kəşfiyyatının rəhbəri David Barneanın başçılıq etdiyi İsrail nümayəndə heyətinin girovların qaytarılması ilə bağlı danışıqların növbəti raundu üçün sabah (25 avqust ) Qahirəyə gəlməsi planlaşdırılır” deyib. (Tass)