İstanbul polisi “İslam Dövləti” terror qruplaşmasının fəaliyyətində iştirakda şübhəli bilinən 16 nəfəri saxlayıb. Bu barədə Türkiyə metropolunun təhlükəsizlik idarəsi məlumat yayıb.
“Terrorla mübarizə idarəsinin bölmələri tərəfindən həyata keçirilən əməliyyat nəticəsində ölkənin təhlükəsizliyinə təhdid yaradan münaqişə bölgələri də daxil olmaqla, İslam Dövləti ilə əlaqədə şübhəli bilinən 16 nəfər saxlanılıb.
Türkiyə xüsusi xidmət orqanları mütəmadi olaraq İŞİD-ə qarşı əməliyyatlar aparır. Daxili İşlər Nazirliyinin məlumatına görə, il ərzində respublikada terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 3 mindən çox insan saxlanılıb.