Milli Təhsil Naziri Yusuf Tekin İstanbulda baş verən zəlzələlərdən sonra sabah və ertəsi gün məktəblərin bağlanacağını açıqlayıb.
Milli Təhsil Naziri Yusuf Tekin İstanbulda baş verən zəlzələlərlə bağlı açıqlamalar verib.
“Məktəblərimizdən cəmi ikisinin çöl suvaqlarında çatlar var. Bundan başqa, heç bir problemimiz yoxdur. Mən daxili işlər naziri ilə indicə danışdım. Bizdən xahiş etdilər ki, sabah və biri gün məktəbləri bağlayaq ki, hər hansı problem yaranarsa, məktəblərdə çaxnaşma olmasın. Sabah və o biri gün məktəbləri bağlamaq qərarına gəldik”.