İsveç ABŞ və Aİ-nin Qırmızı dənizdəki əməliyyatlarında iştirak etməyə hazır olduğunu bildirib. Bunu xarici işlər naziri Tobias Billström parlamentin müdafiə və xarici siyasət komitəsi ilə görüşdən sonra deyib.
“İsveç hökumətinin mövqeyi ondan ibarətdir ki, biz bunu etməliyik” deyən SVT telekanalı onun sözlərini sitat gətirib: “Əsas vəzifə mülki gəmiçiliyi Husi üsyançıları tərəfindən fərq qoyulmadan həyata keçirilən və qlobal ticarətin mühüm hissələrini təhlükə altına alan hücumlardan qorumaqdır. Biz tərəfdaşlarımızla birgə məsuliyyət daşıyırıq”.
Eyni zamanda, siyasətçi vurğulayıb ki, İsveçin iştirak etmək niyyətində olduğu əməliyyatlar müdafiə xarakteri daşıyır və heç bir quru hədəfinə hücum etmək məqsədi daşımır.
İsveçin beynəlxalq koalisiyada iştirakının mümkünlüyü ilk dəfə yanvarda qeyd edilib. İndi ölkə hakimiyyəti bu istiqamətdə daha bir addım atıb. (Tass)